FIFA-nın keçmiş prezidenti Jozef Blatter səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Offsideplus.az xəbər verir ki, İsveçrənin “Blick” nəşri 84 yaşlı Blatterin vəziyyəti ağır kimi qiymətləndirilir, lakin həyati təhlükəsi yoxdur.

Xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində yerləşən FIFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar təşkilatın keçmiş prezidenti Jozef Blatterə qarşı yerli prokurorluqda cinayət işi açılıb. 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər qanun pozuntularına yol verməkdə şübhəli bilinir.