“Əvvəlcə Nurlan bəy və “Qarabağ” klubuna verilən qərarla bağlı UEFA apellyasiya məhkəməsinə müraciət etdik. Hazırda bu məsələnin sənədləri qurumda incələmədədir. UEFA-nın Nurlan bəyin “facebook” üzərindən etdiyi paylaşımla bağlı “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqa ziddir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Futbol+”ə açıqlamasında “Qarabağ”ın hüquqşunası Qayə Qürur Günal deyib. Tanınmış vəkil UEFA-nın Ağdam təmsilçisinə pul cəzası verməsinin yanlış olduğunu bildirib:
“Şəxsi fikirlərə görə klubun cəzalandırması mümkün olmadığı kimi futbola əlaqəli heçnə yoxdu. Həmin proses nə hansısa qarşılaşma əsnasında, nə də ki, stadionda baş verməyib. “Qarabağ”a adiyyatı belə yoxdu. İdmanla və əsasən də futbol ilə heç bir əlaqəsi olmayan klub işçisinin şəxsi fikirləri sadəcə özünə aiddir”.