Qazaxıstanın tanınmış futbolçularından sayılan, millinin kapitan sarğısını daşıyan Baurcan İslamxan diskvalifikasiya olunub.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2 il müddətinə futboldan uzaqlaşdırılıb. Səbəbsə anti-dopinq qaydalarına riayət etməməsi olub. Belə ki, "Əl-Əyn"in futbolçusunun Asiya Çempionlar Liqası matçından sonra verdiyi dopinq testi müsbət nəticələnib. Buna görə də 2022-ci ilin noyabrın 9-na qədər futbol fəaliyyətinə son qoyulub.
Qeyd edək ki, İslamxan 2016-19-cü illər aralığında "Kayrat"da çıxış edib ki, həmin dönəmdə Kaxaber Tsxadadzenin sevimli futbolçularından olub.