Almaniyada maraqlı hadisə baş verib.

Ölkənin tanınmış teleşərhçilərindən sonra Yorq Dalmann işindən azad olunub.

Offsideplus.az ""Hamburger Margenpost"a istinadla xəbər verir ki, Dalmann "Sky Sport Deutschland" rəhbərliyindən Almaniya kubokunun "Union Berlin" - "Paderborn" matçını şərh etmək tapşırığını alıb. Yayının gedişində ehtiyatda oturan futbolçunun xanımı barəsində səsləndirdiyi fikirlər isə ona baha başa gəlib.

Həmkarımız "Union"un ehtiyat oyunçular skamyasında yer alan "Liverpul"un sabiq futbolçusu Loris Kariusun sevgilisi haqda bunları deyib: "İndi Karius "Union"un ehtiyat oyunçular skamyasında əyləşib. Lakin vecinə deyil. Çünki evə gedəndə Sofiya Tomallanı qucaqlayacaq. Axşam Sofiya ilə qucaqlaşmaq üçün mən də ehtiyatda qalmağa razı olardım".

Yorq Dalmannın bu sözləri telekanal rəhbərliyinin xoşuna gəlməyib. Nəticədə şərhçi qeyri-müəyyən müddətə efirdən uzaqlaşdırılıb.