Hazırda davam edən "Qalatasaray" - "Fatih Karagümrük" matçında xoşagəlməz an yaşanıb.
Offsideplus.az xəbər verir ki, Fatih Terim matçboyu hakimlərin qərarına etiraz edib. Dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, əsəblərinə sahib çıxmayıb. Nəticədə baş hakim 70-ci dəqiqədə yersiz ifadələr işlədən təcrübəli mütəxəssisi texniki zonadan qovub.