"Çelsi"nin futbolçusu xoşagəlməz halla üzləşib.
Ac uşaqlara yardım etmək üçün xeyriyyə aksiyasında iştirak edən Ris Ceymsin avtomobili qarət edilib.
Offsideplus.az xəbər verir ki, bu haqda İngiltərə millisində 3 oyun keçirməyə imkan tapmış müdafiəçi "instaqram" hesabında yazıb. Ceyms kimsəsiz uşaqlara qida məhsullarını çatdırmaq üçün maşınını tərk edibmiş. Qayıdanda "Mercedes"inin arxa şüşəsinin sındırıldığını görüb. Oğrular arxa oturacaqda olan qida məhdullarını aparıblar. Həmin məhsullar ki, Ris onları növbəti uşaq evlərinə çatdırmalıydı.
"Çelsi"nin futbolçu hadisə haqda bunları yazıb: "Təəssüf ki, xeyriyyə aksiyasından qayıdandan sonra məyus oldum. Tədbirdə olduğum müddətdə kimsə avtomobilimə girib digər uşaqların hədiyyələrini oğurlayıb. Səndən gedən hər şey bir gün sənə qayıdacaq".