İsveç çempionatının yüksək dəstəsində qeyri-adi, bir o qədər də maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Elfsborq" -  AİK matçının son dəqiqələri olduqca gərgin alınıb. Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə üstün yollansalar da, ikinci yarıda qonaqlar hesabı bərabərləşdirməyi bacarıb.

Oyunun sonlarına yaxın AİK qələbə topunu da vurmağa yaxın olub. Lakin rəqib hiyləgərlik edərək buna imkan verməyib. Belə ki, son saniyələrdə "Elfsborq" künz zərbəsi qazanıb ki, qapıçı da daxil hamı qonaqların cərimə meydanına doluşub. Bu an qapıçı topu uzaqlaşdırıb və AİK əks-hücum imkanı əldə edib. AİK-lilər azlıqda yaxalandıqlarını görüncə, meydanda olan ikinci topu kənara çıxarmaq əvəzinə topla irəliləyən futbolçuya tərəf atıblar. Hakim oyunu saxlayıb,və həmin hərəkəti edən İsveç yığmasında 100-dən çox oyun keçirmiş 35 yaşlı Sebastian Larssona sarı vərəqə göstərib.

Həmin anın görüntüsünü təqdim edirik: