İtaliya millisinin sabiq üzvü Paolo Rossinin Şənbə günü baş tutan dəfn mərasimi zamanı evi qarət edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi xəbər yayıb. Məlumatda qeyd edilir ki, Rossinin evə qayıdan həyat yoldaşı qol saatı da daxil olmaqla, bir çox dəyərli əşyaların oğurlandığını görüb. Hadisə ilə bağlı dərhal istintaq işləri başladılıb, polis araşdırma aparır.

Qeyd edək ki, 64 yaşlı Paolo Rossi dekabrın 6-da vəfat edib.