İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossi vəfat edib.
Offsideplus.az xəbər verir ki, keçmiş hücumçu 64 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb. Rossi Turin təmsilçisinin heyətində iki dəfə ölkə çempionatının və bir dəfə Kuboklar Kubokunun qalibi olub.