Dieqo Maradonanın ölümündən sonra baş verən qalmaqallar bitmək bilmir.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı Santiaqo Lara əfsanəvi futbolçunun oğlu olduğunu iddia edərək Maradonanın məzarının açılmağını istəyib. DNA testi tələb edən gənc Maradonanın test işləri bitənə qədər meyitin morqda saxlanılmasını istədiyini bildirib.
Anası qarson olan Santiyaqo Lara 2014-cü ildən bəri Maradonanın oğlu olduğunu iddi edir. Lara 13 yaşında ikən anasını qaraciyər xərçəngindən itirib.
Xatırladaq ki, Dieqo Maradona 25 noyabrda ürək tutmasından vəfat etmişdi.