"Milan"ın ulduzu Zlatan İbrahimoviç "Tvitter" hesabındakı paylaşımı ilə gündəmə düşüb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı isveçli bütün dünyada milyonlarla istifadəçisi olan FİFA 21-i şikayət edib. Belə ki, adı çəkilən oyun futbolçuların üz və adını istifadə etmək üçün icazəli şəkildə lisenziya almalıdır. Bu barədə "Tvitter"də paylaşım edən İbra "EA Sports"da üzümdən istifadə edilməsi üçün kim icazə verib? Belə bir icazə verdiyimi xatırlamıram", - deyə bildirib:
"Kimsə illərdir mənim üzümdən və adımdan istifadə edərək pul qazanır. Araşdırma zamanı gəldi".
Onun bu sözünə "Qaret Beyl dəstək olaraq "Maraqlıdır... Nə məsələdir? Araşdırma zamanı gəldi", - deyə cavab verib.
Who gave FIFA EA Sport permission to use my name and face? @FIFPro? I’m not aware to be a member of Fifpro and if I am I was put there without any real knowledge through some weird manouver.
— Zlatan Ibrahimović (@Ibra_official) November 23, 2020
And for sure I never allowed @FIFAcom or Fifpro to make money using me
.@Ibra_official Interesting... what is @FIFPro? ? #TimeToInvestigate
— Gareth Bale (@GarethBale11) November 23, 2020