XXI əsrdə penalti zərbələrini ən çox boşa verən futbolçuların siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Transfermarkt" portalının hazırladığı siyahıya İspaniya "Barselona"sının kapitanı Lionel Messi başçılıq edir. Argentinalı hücumçu 11 metrlik cərimə zərbələrinin 27-dən yararlana bilməyib.
İkinci sırada 27 penaltini qola çevirə bilməyən İtaliya "Yuventus"un forvardı Kriştiano Ronaldo qərarlaşıb.
İlk "3-lüy"ü İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Françesko Totti tamamlayır. Veteran hücumçu 19 dəfə penaltini qaçırıb. İtaliyanın digərklubu "Milan"ın forvardı Zlatan İbrahimoviç isə eyni göstərici ilə 4-cüdür.