“Reuters” saytı “Qarabağ” klubu barədə yazı hazırlayıb.
Offsideplus.az xəbər verir ki, nəşr “Qafqazın “Barselona”sı” kimi təqdim etdiyi klubun Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafı Ağdamı təmsil etdiyini bildirib.
Avropa Liqasının Polşa "Legiya"sı ilə pley-off mərhələsinin oyunundan (3:0) sonra “əsgər salamı” verən komanda UEFA tərəfindən cəzalanmışdı.
Klubun kapitanı Maksim Medvedev məqsədlərinin Azərbaycan xalqına dəstək olduğunu bildirib: "Biz sadəcə, bu çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik. Bilirsiniz, Ağdamda oynadığımız matçlara nə qədər adam gəlirdi? İnsanlar hasarlara dırmaşır və oyuna oradan baxırdılar. "Qarabağ"ın azarkeş bazası ümummilli xarakter daşıyır. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir, Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdur. Ona görə də tərəfdarları daha çoxdur".