PSJ-nin futbolçusu Presnel Kimpembe milli komandadan kənarlaşdırıla bilər.

Offsideplus.az xəbər verir ki, buna 25 yaşlı müdafiəçinin Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun instaqramdakı paylaşımını bəyənməsi səbəb olub. 
a4
Həbib Nurməhəmmədov həmin paylaşımında Fransa prezidenti Emanuel Makronun müsəlmanlar barədə fikirlərinə sərt reaksiya vermişdi. 
5f9d09007152d80c50d215a9
Fransanın Milli Birlik Partiyasının vitse-prezidenti Jordan Bardell bu cür addım atan oyunçuya yığmada yer olmadığını bildirib.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Presnel Kimpembe 2018-ci ildən Fransa yığmasının formasını geyinir.