"Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayev əməliyyat keçirib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı təcrübəli qolkiper dünən Türkiyədə bıçaq altına girib. Dirsəyindən əməliyyat olunan millimizin üzvü 3 həftə sonra məşqlərə geri dönə biləcək.
Qeyd edək ki, Səlahət Ağayev zədə səbəbindən uzun müddətdir ki, komandasına kömək edə bilmirdi (Sportal.az).