İkiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin İstanbul şəhərində Memorial Hospitalda bu dəqiqələrdə əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, cüdo üzrə 2 dəfə Dünya, 7 dəfə Avropa çempionu olan idmançımız 3 il əvvəl sol dirsəyindən əməliyyat olunub, bu gün isə eyni əməliyyatı sağ dirsəyində gerçəkləşdirib.
Əməliyyat bu dəqiqələrdə tamamlandığı üçün ilk Avropa oyunlarının qalibi hələ ayılmayıb.