Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək seçki saat 12:00-da başlanacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti R.Musayev vahid namizəddir.