"Sevilya"nın "İnter" üzərində 3:2 hesabı ilə qələbə qazandığı Avropa Liqasının final matçına baş məşqçi Antonio Konte və qalib komandanın argentinalı oyunçusu Ener Baneqa arasında yaşananlar damğa vurub.
Offsideplus.az xəbər verir ki, "La Gazetta dello Sport" nəşri mübahisənin Baneqanın italiyalı mütəxəssisin parikinə lağ edərək dediyi "baxaq görək o parik gerçəkdirmi?" ifadəsi ilə başladığını yazıb. Həmçinin Kontenin argentinalı ulduza "Oyundan sonra çöldə görüşərik" dediyi də bildirilib.
Mübahisə hakimin final fitindən sonra da davam edib. Konte Baneqaya "Səni burda gözləyəcəm, yaxşı? Burda gözləyəcəm" deyib.
Qeyd edək ki, Antonio Konte futbolçuluq dönəmində, 2007-ci ildə Kanadanın Vontevur şəhərində saç əkdirib.