“Liverpul” 26 yaşlı futbolçusu Fabinyonun evinə oğrular girib.
Offsideplus.az “Liverpool Echo” xəbər verir ki, hadisə iyulun 22-də baş verib.
İngiltərə çempionatının 37-ci turunda “Liverpul” “Çelsi”ni 5: 3 hesabı ilə məğlub edib və bundan sonra komanda vaxtından əvvəl qazanılmış çempionluğu qeyd etmək üçün məclis təşkil edib.
Qeyd olunub ki, naməlum şəxslər futbolçunun bir neçə zərgərlik məmulatlarını və avtomobilini oğurlayıblar.