Fransanın "Brest" komandasının futbolçusu Ronael Pyer-Qabriel hücuma məruz qalıb. 

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi hadisə vaxtı yaralanıb və onun avtomobili yandırılıb. 

Hadisənin baş vermə səbəbi məlum deyil. Polis araşdırma aparır.

Qeyd edək ki,   Almaniyanın "Maynts" klubuna məxsus olan Ronael Pyer-Qabriel icarə əsasında "Brest"də çıxış edir.