İngiltərənin “Nottingem Forest” klubunun keçmiş futbolçusu Derrik Otim həlak olub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı keçmiş yarımmüdafiəçi, ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb. Otim, bu ilin mayında Xavyer Universitetindən məzun olmuşdu.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi İngiltərənin “Nottinqem Forest” klubunun akademiyasında çıxış edib.