TƏBİB sədri Ramin Bayramlı ötən gün keçirilən brifinqdə hipodinamiyanın fəsadlarından qorunmaq üçün evdə məşq etməyi məsləhət görüb.
Offsideplus.az xəbər verir ki, R. Bayramlı qərar və məhdudiyyətlərin məcburiyyətdən verilən qərar olduğunu vurğulayıb:
"Hipodinamiya, yəni az hərəkət etmək ümumi fiziki sağlamlığa , o cümlədən immun sistemə, təbii ki, təsir göstərir. Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət, evdə özünütəcrid məcburiyyətdən verdiyimiz bir qərardır. Bu qərarın aradan qaldırılması insanların məsuliyyətindən asılı olacaq. Vətəndaşlar özünü evdə təcrid edəndə hipodinamiya olacaqlarsa, bunun çarəsinə gərək hər kəs bir şəkildə baxsın. Ev şəraitində idman hərəkətləri edilsin. Xəstəliyi lokallaşdırmasaq, küçəyə çıxma qadağalarıyla bunun öhdəsindən gəlməsək, karantin rejimini tamamilə aradan qaldırsa, lokal olmuş infeksiyanı digər bölgələrə də yaya bilərik. Bu da bizə problemlər yaradar. Hər birimizin üzərinə məsuliyyət düşür ki, qaydalara əməl edək. Nə qədər erkən normal həyata qayıtsaq, bu, immun sistemimizin fəaliyyətinə və digər məsələlərə də müsbət təsir göstərəcək”.
Qeyd edək ki, xüsusi karantin rejimi iyulun 20-sinədək davam edəcək.