Məşhur fitnes məşqçisi Kamil Zeynallı səkkiz yaşlı qızı Sahilə ilə birlikdə xüsusi karantin rejimi günlərini əyləncəli keçirmək üçün respublikanın rayonlarından birinə üz tutub.
Offsideplus.az xəbər verirki, qızının “avtoşluq sevdası”nı həyata keçirmək üçün məşqçi onunla birgə idman avtomobilinə əyləşib.
Sükanı qızına həvalə edən Kamil övladının yanında əyləşib. Məşhur blogger həmin anları telefonunun yaddaşına həkk edərək, sosial media hesabında paylaşıb.
“İndi anamın sözlərini yaxşı başa düşürəm. Hər zaman deyir ki, oğlum, yavaş sür. Qızım avtomobili sürəndə o hissləri mən keçirdim. Avtoş qızım Sahilə”.