Azərbaycanın U-21 yığmasının və "Qəbələ"nin üzvü Amin Seydiyevə ağır itki üz verib.

Offsideplus.az xəbər verir ki, gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib. Seydiyevin anası anası 58 yaşında idi və ağır şəkər xəstəliyindən əziyyət çəkirdi.
Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"ın formasını geyinəcək.