Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftəsonu qapanması tətbiq edilib.
Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-a bildirib ki, hələlik bu barədə danışmaq tezdir:
“Qapanmalarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.