Azərbaycan idmanına ağır itki üz verib.

Offsideplus.az xəbər verir ki, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib. Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında vəfat edib.

O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.