Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandanı çalışdırmaqda davam edəcək.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik sazişə qol çəkib. Rəsmi sözləşmə və təqdimat iyunun 7-də Lvov şəhərində baş tutacaq assosiasiyanın Konqresində imzalanacaq. Bu isə o deməkdir ki, Şevçenko 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər millinin sükanı arxasında olacaq.
Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır.