"Adidas" "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özillə sponsorluq müqaviləsini uzatmağı planlaşdırmır.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Adidas" Mesut Özilin siyasi baxışı səbəbindən onunla əməkdaşlığı dayandırmaq niyyətindədir.
Digər bir səbəb kimi isə şirkətin koronavirus pandemiyası ilə əlaqədar xərclərini optimallaşdırmasıdır.
31 yaşlı futbolçu daha öncə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla fotosunu paylaşdığına və Çinin uyğur türklərinə qarşı siyasətini pislədiyinə görə tənqidlərə məruz qalmışdı.
Qeyd edək ki, Özil 2013-cü ildən "Adidas"la işbirliyi edir.