Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, o bu barədə məlumatı sosial şəbəkə vasitəsilə paylaşıb: “Allahın köməkliyi ilə koronavirusla mübarizə davam edir. Uca Rəbbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”.