İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanadan buraxılıb.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu "Instagram" hesabında artıq evində olduğunu yazıb.

Qeyd edək ki, Del Pyero böyrəklərindəki daşa görə Los-Ancelesdə xəstəxanaya yerləşdirilmişdi. 1993 - 2012-ci illərdə “Yuventus”da çıxış etmiş forvard 6 çempionluq, bir ölkə kuboku, dörd Superkubok qazanıb və Çempionlar Liqasının qalibi olub.