Cənubi Koreyanın "Seul" klubu azarkeşlərdən üzr istəmək məcburiyyətində qalıb.
Offsideplus.az xəbər verir ki, karantin günlərində azarkeşsiz keçirilən futbol matçında tribunaları vitrin manikenləri ilə doldurmaq istəyən komanda yanlışlıqla şişmə kuklalardan istifadə edib.
K Liqasında "Seul"un "Qvancu" ilə oyunda 2-0 qazandığı qələbədən çox tribunadakı "azarkeşlər" diqqət çəkib.
Boş tribunaları azarkeşlərin jest etmək məqsədi ilə vitrin manikenləri ilə doldurmaq istəyən klubun bunu əvəzinə seks oyuncağı olan şişmə kuklalardan istifadə edib.