Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında idman zallarına qoyulan qadağanın aradan qaldırılmamasının səbəbi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva idman zallarının açılmamasını qapalı məkanda maska ilə aktiv hərəkətin mümkünsüzlüyü ilə əlaqələndirib:

"İdman zalları qapalı məkan sayılır. Bunu restoranla eyni tutmayaq. İdman zalında insanlar aktiv hərəkətdə olurlar. Maska ilə nəfəs almaqları qısa müddət sonra çətin olur. Bu baxımdan indiki halda idman zallarının fəaliyyətini bərpa etməsi gündəmdə deyil".

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.