UEFA Avropanın aparıcı klublarının rəhbərləri ilə qeyri-rəsmi videokonfrans keçirib.
Offsideplus.az xəbər verir ki, tədbirdə koronavirus pandemiyası üzündən yarımçıq qalan avrokubok mövsümünün taleyi müzakirə olunub.
Yarışın avqustda bərpa olunmasını istəyən qurum oyunlar üçün təxmini təqvim tərtib edib.
Çempionlar Liqası
1/8 final – 7/8 avqust
1/4 final - 11/12 və 14/15 avqust
1/2 final – 18/19 və 21/22 avqust
Final – 29 avqust (İstanbul, Türkiyə)
Avropa Liqası
1/8 final – 2-3 və 6 avqust
1/4 final – 10 və 13 avqust
1/2 final – 17 və 20 avqust
Final – 26 və ya 27 avqust (Qdansk, Polşa)
Qeyd edək ki, oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Həmçinin oyunların bir şəhərdə keçirilməsi də müzakirə edilən variantlar sırasındadır.