1938-ci ilin 14 mayında İngiltərə yığması Berlindəki Olimpiya stadionda 110 min azarkeşin qarşısında Almaniya ilə qarşılaşırdı.

Bu, Avropa turnesi zamanı onların ilk oyunu idi. Və bu qarşılaşma böyük siyasi mesajla başladı. Oyunu stadiondan Almaniyanın vacib dövlət adamları – German Gerinq, Rudolf Gess və Jozef Göbbels də izləyirdi.

Qarşılaşmadan əvvəl Almaniyanın dövlət himni çalındı Və İngiltərə yığmasının bütün üzvləri faşist salamı verdilər. Həmin ərəfələrdə Avropada nələrin baş verdiyini nəzərə alsaq, ingilislərin bu hərəkəti şok effekti yaradırdı.

Oyundan əvvəl İngiltərə Xarişi İşlər Nazirliyindən futbolçulara əmr gəldi: rəqib komanda ilə birlikdə azarkeşlərə salam vermək. Bu əmr futbolçular tərəfindən öncə rədd edildi. Hətta vəziyyət o həddə çatdı ki, futbolçular meydana çıxmaq istəmədilər. Məsələyə İngiltərənin Almaniyadakı səfiri Nevill Henderson müdaxilə etməli oldu.

İngiltərə Futbol Assosiasiyasının rəhbəri Stenli Rusla birilikdə futbolçularla aparılan danışıqlarda səfir, onları faşist salamının verilməsinin vacib olduğuna inandıra bildi.

Həmin qarşılaşmada İngiltərə yığmasının qollarından birini vurmuş Stenli Metyuz belə yazır: "Oyunçuların hamısı qəzəbli idi. Özüm də daxil, heç kim bunu etmək niyyətində deyildi. Kapitanımız Eddi Hepqud barmağı ilə işarə edərək dedi ki, faşist salamını haranıza istəyirsinizə, oranıza da soxun”.

Amma bu etirazlara baxmayaraq, rəsmi şəxslər futbolçuları yola gətirə bildilər. İngiltərə yığması asanlıqla – 6:3 hesabı ilə qalib gəldi. Ancaq məğlubiyyət Hitleri narahat etmirdi. O, bu oyunda böyük təbliğat qələbəsi qazanmışdı.

Nasist Almaniyası yaramaz bir dövlətdən tanınmış bir dövlətə - digər Avropa güclərinin hörmət etdiyi bir ölkəyə çevrildi. Bir il sonra İkinci Dünya Müharibəsi başladı.

Kaspi.az