FİFA-nın sabiq prezidenti Yozef Blatter Avropa futbol tarixinin rəmzi yığmasını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, isveçrəli mütəxəssis 3-4-3 sxemi ilə tərtib etdiyi komandada 9 ölkə təmsilçilərinə yer verib. Yalnız Niderland və Almaniya heyətdə iki futbolçu ilə təmsil olunub. 

Qapıçı: Lev Yaşin (Rusiya);
Müdafiəçilər: Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Jerar Pike (İspaniya);
Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Bobbi Mur (İngiltərə), Zinəddin Zidan (Fransa), Ferens Puşkaş (Macarıstan);
Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya), Uve Zeeler (Almaniua), Marko van Basten (Niderland).
Baş məşqçi: Visente del Boske (İspaniya).