Polşa milli komandasının və "Bavariya"nın hücumçusu Robert Levandovski "Borussiya" (Dortmund) klubuna transfer olunmazdan əvvəl İtaliya təmsilçisi "Cenoa"ya keçməyə yaxın imiş.
Offsideplus.az xəbər verir ki, 2008-2010-cu illərdə "Lex" forması ilə diqqət çəkən futbolçu Dortmund klubuna keçir.
Həmin vaxt "Cenoa"da idman direktoru işləyən Stefano Kapozukkenin bildirdiyinə görə, Levandovski və klubu ilə razılıq əldə olunsa da, klubun prezidenti Enriko Preziosi son anda transferə qadağa qoyub.
Hazırda karyerasını "Bavariya"da davam etdirən Levandovski 7 Bundesliqa, 3 Almaniya kuboku qazanıb. Forvard cari mövsümdə meydana çıxdığı 33 oyunda 39 qol vurub.