Fransanın “Reyms” klubunun həkimi Bernard Qonzalesin intihar səbəbi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Le Parisien" nəşri 60 yaşlı həkimin koronavirus testinin nəticəsi müsbət çıxdıqdan sonra intihar etdiyini yazıb. B.Qonzalesin intihar etməzdən əvvəl məktub yazdığı bildirilsə də, məzmunu ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki,  "Reyms"in 20 illik həkimi olan B.Qonzales həyat yoldaşı ilə birgə evində karantinə alınmışdı.