Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci ilin avqust ayına olan reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Siyahının ilk üç pilləsində güləşçilər yer alıblar. Yunan-Roma güləşçiləri Ülvü Qənizadə və Həsrət Cəfərov, eləcə də sərbəst güləşçi Giorgi Meşvildişvili liderliyi bölüşürlər. Hər üçünün 400 xalı var.
İlk "onluq"da, həmçinin Osman Nurmaqomedov (sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330), Zelim Kotsoyev (cüdo, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320), Elcan Hacıyev (cüdo, 310), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250) və Arseni Cioyev (sərbəst güləş, 240) qərarlaşıblar.



