Qadın güləşçimiz Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, yarışın beşinci günündə təmsilçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.