Rusiyanın Xantı-Mansiysk şəhərində sərbəst güləş üzrə "Vladimir Semyonov kuboku" beynəlxalq turniri yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, 14 fərqli ölkənin pəhləvanlarının qüvvəsini sınadığı yarışda Azərbaycan millisinin üzvü Ramiz Həsənov da mübarizə aparıb.
79 kq çəki dərəcəsində yarışan güləşçi turniri bürünc medalla başa vurub.



