"Azərbaycan çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir".

Offsideplus.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Məhəmməd Bana deyib.

O, yığmamız ilə Olimpiya qızılını qazanmaq istədiyini də bildirib:

"23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə inşallah, güləşin keyfiyyəti günbəgün daha da yüksələcək".

İranlı mütəxəssis federasiya rəhbərliyi ilə danışığından da söz açıb:

"Rəhbərlik ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq".