"Yuventus" klubunun argentinalı ulduzu Paulo Dibalanın bugünkü, son koronavirus müayinəsinin nəticəsi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, son 6 həftə ərzində 5 dəfə koronavirus müayinəsi müsbət nəticə verən oyunçunun son müayinəsi mənfi nəticə verib və futbolçu virusla mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, 26 yaşlı hücumçu mart ayının 21-də ilk dəfə bu virusa tutulmuşdu.