Neymar karyerası barədə qərar verib. 

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduz "Santos" klubunda çıxış etməyə davam edəcək. O, klubla daha bir il müddətinə müqavilə bağlamağa razılıq verib. 

Müqavilənin müddəti 2026-cı ilin dekabrına qədər davam edəcək.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, 33 yaşlı hücumçu 2025-ci ilin yanvarında yetirməsi olduğu və karyerasına başladığı "Santos" klubuna qayıtmışdı.