"Qarabağ" futbol klubu dünya reytinqində üç pillə geriləyib.

Offsideplus.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

187,5 xalı olan təmsilçimiz 68-ci yerdən 65-ci sıraya düşüb.

"Sabah" 87,25 xalla 252, "Zirə" isə 70,5 xalla 360-cı pillədədir.

"Araz-Naxçıvan" isə 57,75 xalla 486-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla birincidir.