"Liverpul"da Məhəmməd Salah ilə baş məşqçi Arne Slot arasında yaranan açıq gərginlik Avropa futbolunda böyük səs-küyə səbəb olub.
Offsideplus.az xəbər verir ki, misirli ulduz ardıcıl üç Premier Liqa matçında ehtiyatda qaldıqdan sonra mətbuata sərt açıqlamalar verib və yanvar ayında klubdan ayrılmağa işarə edib.
Salahın sözləri isə futbol əfsanəsi Marco van Basten tərəfindən çox kəskin şəkildə tənqid olunub.
Van Basten onu təhqir edib: “Hamam böcəyinin beyninə sahibdir”
Niderlandın əfsanə hücumçusu "Ziggo Sport"a belə deyib:
“Mən deyərdim ki, hamam böcəyinin beyninə sahibdir. Keçən il çox yaxşı idi, amma bu mövsüm heç yaxşı deyil. Son aylar sadəcə zəifdir. Slot isə həmişə düz danışır. Salah isə adamı hədəf almağa və yanlış reaksiya verməyə başlayıb.”
Xatırladaq ki, Salah son üç oyunluq ehtiyatda qalma ondakı gərginliyi pikə çıxarıb. Salah jurnalistlərə belə bildirib:
“Bu qədər il bu klub üçün çox şey etmişəm. Xüsusilə də keçən mövsüm. İndi isə ehtiyatdayam və səbəbini bilmirəm. Elə bil klub məni avtobusun altına atdı. Kimin bütün günahı mənə yükləmək istədiyi çox aydındır.”
Bu açıqlamalardan sonra rəhbərlik onu "Inter Milan" ilə kritik Çempionlar Liqası səfərinə aparmayıb. Klub mesaj verib ki, heç bir futbolçu xüsusi imtiyaz almır.



