Norveç çempionatında mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Vikinq" klubu tarixə uğuru imza atıb.
Onlar son turda "Valerenqa"nı 5:1 hesabı ilə məğlub edərək çempionluğu əldə edib.
"Vikinq" 34 il sonra çempionluq qazanmağı bacarıb. Bu, onların ümumilikdə 9-cu titulu olub.
Əvvəlki 5 mövsümdə 4 dəfə çempion olan "Budyo Qlimt" bu dəfə ikinciliklə kifayətlənib. Onlar 1 xalla "Vikinq"dən geri qalıb.
Çempionatın bombardiri 18 qolla "Sarpsborq"un futbolçusu Daniel Karlsbakk olub.



