Qətərdə keçirilən FIFA U-17 dünya çempionatı başa çatıb.
Offsideplus.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya və Avstriyanın gəncləri üz-üzə gəlib.
Portuqaliya yığması yeganə qolla dünya çempionu olub. Onlara kuboku Anisio Kabral gətirib.
3-cü yer uğrunda görüşdə İtaliya Brazilyanı üstələyib. Onlar penaltilər seriyasında 4:2 hesablı qələbə qazanıb.



