Niderlandlı keçmiş ulduz futbolçu Uesli Sneyder "Real Madrid"dən ayrıldığı dövr barədə diqqətçəkən açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, “kral klubu”ndan ayrılması karyerasının ən ağrılı xatirələrindən biridir.

Şneyder bildirib ki, bir gün məşq bazasına gedəndə dolabının boşaldıldığını və əşyalarının bir kənara yığıldığını görüb:

“Özümü alçaldılmış hiss etdim. Prezidentlə görüşə getdim. Mənə çox da vaxt ayırmadan artıq planlarına uyğun gəlmədiyimi və Çempionlar Liqasını qazanmaq istədiklərini dedi. Ofisdən çıxmazdan əvvəl ona: ‘Hara gedirəmsə gedim, bilin ki, qalib gəlmək üçün oynayacağam’ dedim.”

Futbolçu daha sonra “İnter”ə keçid prosesindən danışıb. Onun sözlərinə görə, Joze Mourinyo iki gün sonra ona zəng edərək vəziyyətini bildiyini və İtaliya klubuna qoşulmasını istədiyini deyib:

“Mourinyo mənə "İnter"ə gəl, birlikdə hər şeyi qazanacağıq’ dedi. Onunla ilk görüşdə aramızda güclü bir bağ yarandı. Mənə komandanın əsas oyunçularından biri olacağımı söylədi. Onunla keçirdiyim bir il, başqa bir məşqçi ilə 10 ilə dəyərdi.”

Şneyder həmin mövsüm “İnter”lə Çempionlar Liqasını qazanaraq "Real Madrid" rəhbərliyinə mesaj verdiyini də əlavə edib:

“Bernabeu"da Çempionlar Liqasını qazandım. Kuboku dolabımın önünə qoyub: ‘Mən hər zaman sözümü tutaram’ dedim. Bu, karyeramın ən gözəl anı idi.”