Qırğızıstanın “Alay” klubunda çıxış edən Ramin Əhmədov komandadan ayrılıb.

Bu barədə futbolçu özü Offsideplus.az saytına məlumat verib.

O bildirib ki, müqavilə müddəti başa çatdığı üçün komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, Əhmədov "Alay"da keçirdiyi 29 matçda 5 qol vurub, 3 asist edib. Əhmədov "Şamaxı", və "Zirə" klublarında da forma geyinib.