"Ştutqart"ın futbolçusu Ancelo Ştiller karyerasını harada davam etdirəcəyinə qərar verib.
Offsideplus.az xəbər verir ki, onunla bir çox klub yaxından maraqlanır. Ən əsas isə "Mançester Yunayted" və "Real Madrid" almaniyalı futbolçunu heyətinə cəlb etmək istəyir.
24 yaşlı yarımmüdafiəçi isə MY-ə yox "Real Madrid"ə qoşulmağı arzulayır.
Bu barədə "Defensa Central" məlumat yayıb.
"Bayern Münhen" yetirməsi olan Ştiller 2023-cü ildən "Ştutqart"da çıxış edir. O, burada 96 oyuna çıxıb və 6 qol vurub.



